Novruz bayramı  ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Novruz bayramı  ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

16:38 - 13 / 03 / 2019
Novruz bayramı  ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar  gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

1news.az

Paylaş:
362

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər