ATƏT sədri: Qarabağ danışıqlarında format dəyişikliyi bütün tərəflər üçün məqbul olmalıdır | 1news.az | Xəbərlər
Siyasət

ATƏT sədri: Qarabağ danışıqlarında format dəyişikliyi bütün tərəflər üçün məqbul olmalıdır

12:37 - 13 / 03 / 2019
ATƏT sədri: Qarabağ danışıqlarında format dəyişikliyi bütün tərəflər üçün məqbul olmalıdır

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatında hər hansı dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır.

1news.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Laycak deyib.

Onun sözlərinə görə, ənənələrə uyğun olaraq aparılmış və konkret nəticələrə gətirə biləcək bir proses var.

"Ermənistan hökuməti formatı müəyyən etməlidir. Lakin danışıqlar formatında mümkün olan dəyişikliklər bütün tərəflər üçün məqbul olmalıdır ", - Lajçak mətbuat konfransında bildirib.

"Əminəm ki, Ermənistan hökuməti danışıqları davam etdirmək üçün düzgün formulaya malikdir", deyə o, əlavə edib.

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin həllində hər cür səy göstərməyə hazır olduğunu da bəyan edib:

Erməni jurnalistin onun Qarabağa getməyə hazır ola bilməsi ilə bağlı sualına Layçakın cavabı belə olub:

"Mən münaqişənin həlli yolunun tapılmasında faydalı olmaq üçün hər şey etməyə hazıram. Minsk qrupunun həmsədrlərinə və səfir Kaspşikə tam olaraq etimad edirəm. Bu istiqamətdə fəaliyyət onlarla sıx koordinasiya şəklində həyata keçirilir”.

P.Sultanova

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər