Prezident İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərinin müavinini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərinin müavinini qəbul edib - YENİLƏNİB

14:15 - 13 / 03 / 2019
Prezident İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərinin müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğuladı.

BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer Azərbaycanın yüksək göstəricili orta gəlirli ölkələr sırasında olduğunu qeyd edərək BMT İnkişaf Proqramının Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirdi. O, BMT İnkişaf Proqramının iqtisadi şaxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazır olduğunu dedi.

Görüşdə Azərbaycanın beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunaraq bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
321

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər