Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək

12:00 - 14 / 03 / 2019
Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək

5 aprel 2019-cu il tarixində 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçiriləcək. Konfransın sloqanı “İndi dəyişiklik zamanıdır”.

Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən konfransa ölkəmizdə insan kapitalının inkişafına daim önəm verən Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərəcək.

1-ci Bakı Kouçinq və Liderlik Konfransında Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssislər bir araya gələcək. Toplantıda iş dünyasından 300-dən çox mütəxəssisin və idarəçinin iştirakı gözlənilir. Öyrənmə və beynəlxalq təcrübənin mənimsənilməsi üçün geniş imkanlar yaradan bu konfransda Azərbaycan Beynəlxalq Bankı təmsilçiləri də iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və Liderlik Konfransında iştirak arzusunda olanlara maraqlı bir imkan da yaradır. Yaxın günlərdə bankın Facebook sosial şəbəkəsindəki korporativ səhifəsində bununla bağlı müsabiqə elan ediləcək. Müsabiqənin 2 qalibi konfransda iştirak hüququ qazanacaq.

Konfrans haqqında ətraflı məlumatı www.clcbaku.com səhifəsindən əldə etmək olar. Tədbirdə iştirak üçün bileti isə buradan sifariş vermək mümkündür: https://clcbaku.ticketsetup.com

Kouçinq insanların könüllü, şüurlu və planlı şəkildə öyrənmə, fərdi inkişaf prosesidir. Kouçinqin əsas məqsədi şəxslərin potensialının üzə çıxarılması, onlarda özünəinamın və motivasiyanın artırılması, əldə etdikləri müsbət nəticələrin maksimum səviyyəyə qaldırılmasıdır. Bu cür tədbirlər isə Azərbaycanda kouçinqin yeni bir istiqamət kimi inkişafı, bu sahədə xarici təcrübənin öyrənilməsi, daha çox şəxsin kouçinqin imkanlarından faydalana bilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
420

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər