İlham Əliyev tunisli həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev tunisli həmkarını təbrik edib

15:47 - 19 / 03 / 2019
İlham Əliyev tunisli həmkarını təbrik edib

Prezident İlham Əliyev Tunis Respublikasının prezidenti  Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”.

1news.az

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər