“PAŞA Sığorta” nın əməkdaşları “Sənətim gələcəyim” layihəsinin iştirakçıları ilə görüşüblər | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” nın əməkdaşları “Sənətim gələcəyim” layihəsinin iştirakçıları ilə görüşüblər

14:00 - 19 / 03 / 2019
“PAŞA Sığorta” nın əməkdaşları “Sənətim gələcəyim” layihəsinin iştirakçıları ilə görüşüblər

“PAŞA Sığorta” şirkətinin əməkdaşları martın 15-də, Novruz bayramı ərəfəsində “Sənətim gələcəyim” layihəsinin iştirakçıları ilə görüşüb, onları bayram sovqatı ilə sevindiriblər.

Qeyd edək ki, layihə çərçivəsində “PAŞA Sığorta” şirkətinin dəstəyi ilə Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin 9 və 11-ci siniflərdə tədris alan 25 nəfər arzularında olduqları sənətə yönləndirilirlər. İştirakçılar ali və peşə məktəblərinə qəbul olmaq üçün çalışırlar. Seçilmiş şagirdlərin bir qismi ali məktəblərə qəbul olmağa, digər hissəsi isə aşbaz, avtomobil ustası, informasiya texnologiyaları üzrə mühəndis kimi peşələrə yiyələnmək üçün tədris alırlar.

Artıq qəbul imtahanlarına çox az zaman qaldığı üçün hazırlıqların vaxtı daha da intensivləşdirilib, uşaqların əhvalının yüksək olması üçün fərdi olaraq psixoloqla görüşürlər keçirilir. Həmçinin, iştirakçılar qəbul imtahanına hazırlıq məqsədli bütün sınaq imtahanlarında da iştirak edirlər.

Dərslərdən savayi layihə üzvləri mütəmadi olaraq psixoloqlarla, tanınmış şəxslərlərlə motivasiya məqsədli görüşlərdə, şəxsi inkişaf məqsədli, etika mövzusunda təlimlərdə iştirak edir, bayramları, xüsusi günləri birlikdə qeyd edirlər. Layihə müddətində uşaqların motivasiyası üçün Bəhram Bağırzadə, Fərid Mansurov, Cəsarət Məmmədov kimi tanınmış şəxslərlə görüşlər keçirilib.

Daim Korporativ Sosial Məhsuliyyət istiqamətli layihələri həyata keçirən PAŞA Sığorta şirkəti “Sənətim gələcəyim” layihəsini keçən ilin sentyabr ayında başladıb.

Sözügedən layihə PAŞA Holdinqin dəstəyi ilə həyata keçirilir. Layihəni Etika Akademiyasının peşəkar müəllimləri və təlimçiləri icra edir. Akademiyanın heyəti şagirdlərə tədrislə yanaşı,  asudə zamanlarını səmərəli keçirtmələri üçün şərait yaradırlar.

Əsas məqsəd internatda təhsil alan yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkəmizin aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, həmçinin hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

Paylaş:
552

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər