İlham Əliyev Banqladeş prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Banqladeş prezidentini təbrik edib

11:37 - 25 / 03 / 2019
İlham Əliyev Banqladeş prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

1news.az

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər