“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaradıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyi qeyd olunub.
Hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə tapşırıq verilib. Nazirlər Kabinetinə, həmçinin görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
1news.az