Problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verildi

11:41 - 28 / 03 / 2019
Problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı keçirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə MNBP-dən məlumat verilib.

Məlumata görə, Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmandan irəli gələn işlərin icrası çərçivəsində MBNP elektron portal hazırlayıb. Portalın xüsusiyyəti ondan ibarətdir ki, adıçəkilən fərmanda əks olunan güzəştlərdən yararlanacaq fiziki şəxs sistemə giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə detallı məlumat əldə edə bilər.

Portalla bağlı daha ətraflı məlumatı pk.fimsa.az internet səhifəsində daxil olmaqla əldə etmək mümkündür.

S.Xankişiyeva

 

Paylaş:
1102

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər