Növbəti hərraca 92 dövlət əmlakı çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Növbəti hərraca 92 dövlət əmlakı çıxarılıb

18:04 - 01 / 04 / 2019
Növbəti hərraca 92 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 30-da keçiriləcək.

Komitədən 1news.az-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır. Təyinat və ərazi baxımından da müxtəlif olan dövlət obyektləri arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakları var. Bu da, investorların biznes layihələri üzrə daha uyğun seçim etmələrinə şərait yaradır.

İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən 45 saylı Təmir Tikinti Sahəsinin ümumi faydalı sahəsi 555,1 kvadratmetrdir. Bu dövlət əmlakı 5,4 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 21,7 kvadratmetr ilə 140 kvadratmetr intervalındadır. Bu növ dövlət əmlaklarından 6-sı Bakıda, 5-i Sumqayıtdadır. Ümumi faydalı sahəsi 49,4 kvadratmetr olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs ondan ofis və xidmət obyekti kimi istifadə edə bilər.

Səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər iqtisadi sahələrə aid olan dövlət əmlakları Yevlax, Beyləqan, İsmayıllı kimi şəhər və rayonlarda yerləşir.

Budəfəki hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1998-2007-ci illərə aiddir. “Nissan”, “QAZ” və “Kia” markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 1,5 min ilə 7 min manat arasındadır.

Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.

Dövlət əmlaklarının özəlləşdirilməsi prosesi ölkə üzrə müxtəlif iqtisadi sahələrə investisiyanın yatırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və innovativ hərraclar sərmayəçilərin, sahibkarların, iş adamlarının və digər şəxslərin özəlləşmədə rahat iştirakına yönəlib. Müasir hərracın üstünlükləri seçim prosesindən hərracda iştiraka qədər bütün prosedurları onlayn formada həyata keçirmək imkanlarını yaradır.

1news.az

Paylaş:
456

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər