Paşinyan Vyana görüşündən danışdı
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarından məğlub və qalib axtarmaq lazım deyil.
1news.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
"Əgər biz nizamlanmaya nail olmaq istəyiriksə, danışıqların məntiqi məhz belə olmalıdır”, Paşinyan əlavə edib.
Onun sözlərinə görə bu, danışıqlar prosesinə gətirilən yeni bir yanaşmadır:
"Uzun zaman davam edən müzakirələrdən sonra fərqli bəyanatların verilməsi çox qəribədir. Həm mən, həm də Azərbaycan Prezidenti görüşü müsbət qiymətləndirdik. ATƏT-in Minsk qrupunun həmsədrləri də görüşə müsbət qiymət veriblər”.
Paşinyan əlavə edib ki, danışıqlar prosesində inqilab baş vermədi:
"Amma görüşün müsbət olduğunu düşünürəm, çünki bizim gündəmi müzakirə etmək imkanımız oldu. Mən təklif etdim ki, bu prosesdə tərəflər məğlub və qalib axtarmasın. Danışıqlar qarşılıqlı hörmət əsasında sağlam mühitdə keçirilməlidir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri martın 29-da Vyanada görüşüblər.
P.S.











