Culfaya yeni icra başçısı təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Culfaya yeni icra başçısı təyin olunub

14:43 - 02 / 04 / 2019
Culfaya yeni icra başçısı təyin olunub

Prezident İlham Əliyev S.Ç.Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

1news.az

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər