Prezident İlham Əliyev: Qəhrəmanlarımızla fəxr edirik! - VİDEO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev: Qəhrəmanlarımızla fəxr edirik! - VİDEO

11:36 - 02 / 04 / 2019
Prezident İlham Əliyev: Qəhrəmanlarımızla fəxr edirik! - VİDEO

Prezident “Facebook”da Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Facebook” səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.

1news.az-ın məlumatına görə, videoçarx “Qəhrəmanlarımızla fəxr edirik!” sözləri ilə paylaşılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 3 il ötür. Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər