Bakı-Şamaxı-Yevlax-Xocəsən avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Bakı-Şamaxı-Yevlax-Xocəsən avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayrılıb

14:07 - 03 / 04 / 2019
Bakı-Şamaxı-Yevlax-Xocəsən avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir”.

S.Xankişiyeva

 

Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər