Mehriban Əliyeva: Azərbaycan heç zaman işğalla barışmayacaq | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva: Azərbaycan heç zaman işğalla barışmayacaq

09:48 - 03 / 04 / 2019
Mehriban Əliyeva: Azərbaycan heç zaman işğalla barışmayacaq

Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fikirləri rəsmi “Instagram” səhifəsində yazılıb:

"Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".

S.Xankişiyeva

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər