Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrılıb

17:03 - 04 / 04 / 2019
Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə  vəsait ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

1news.az

 

 

 

 

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər