“Youth Inc.” və “Innoland” arasında memorandum imzalanıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Youth Inc.” və “Innoland” arasında memorandum imzalanıb – FOTO

09:56 - 05 / 04 / 2019
“Youth Inc.” və “Innoland” arasında memorandum imzalanıb – FOTO

Aprelin 4-də “Youth Inc.” Sahibkarlıq Proqramı və “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.

1news.az-ın məlumatına görə, layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa həvəsləndirmək və mövcud biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır.

Memorandumda hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı nəzərdə tutulub. Bundan başqa, təcrübə mübadiləsi ilə yanaşı, birgə demo-turların və təlimlərin təşkili məsələsi də memorandumda əksini tapıb.

“Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim tədbirdə çıxış edərək memorandumun qarşılıqlı əməkdaşlığın inkişafına böyük təkan verəcəyini bildirib, hər iki mərkəzin startap ekosisteminin genişlənməsi üçün planlaşdırdığı addımlardan danışıblar. Çıxışlarda memorandum əsasında görüləcək işlərin ölkəmizdə gənc startapçıların və biznes ideyaların inkişaf edərək yerli və beynəlxalq bazara çıxmasına dəstək olacağı vurğulanıb. Həmçinin ölkəmizdə startap ekosisteminin və kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi və gənc ideya sahiblərinə imkanların yaradılması üçün bu tipli əməkdaşlıq müsbət qiymətləndirilib.

“Innoland” birgə fəaliyyət (kovörkinq), inkubasiya, akselerasiya və İT təlim-tədris mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində fərdi və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş məkanıdır. “Innoland”da fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat ərzində giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

2012-ci ildən fəaliyyətə başlayan “Youth Inc.” Sahibkarlıq Proqramı 2015-ci ildən Biznes İnkubasiya Mərkəzi ilə xidmət göstərir. İndiyədək “Youth Inc.” tərəfindən 16 startap fəaliyyətə başlayıb, 34 biznesə dəstək göstərilib, 200-dən çox iş imkanı yaradılıb. Görülən işlər ümumilikdə 8 mindən çox gənci əhatə edib. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində Coca-Cola Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə start verilən “Yeni nəsil” layihəsi ölkəmizin dörd iqtisadi regionunu əhatə edir. Bir il davam edəcək layihə Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur.

1news.az

Paylaş:
1220

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər