Elmar Məmmədyarov onunla bir təyyarədə uçan erməniyə: "Əsəbiləşməyin" - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov onunla bir təyyarədə uçan erməniyə: "Əsəbiləşməyin" - VİDEO

10:15 - 05 / 04 / 2019
Elmar Məmmədyarov onunla bir təyyarədə uçan erməniyə: "Əsəbiləşməyin" - VİDEO

Ermənistan mediası Brüsseldən Moskvaya uçan təyyarədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bir neçə erməni ilə söhbətini yayıb.

1news.az xəbər verir ki, onların içində erməni jurnalistlər də olub.

Onlar azərbaycanlı nazirə yaxınlaşaraq, “kimsə bilir, burda Məmmədyarov əyləşib”, deyərək söhbətə başlayıblar. 

XİN rəhbəri isə “siz ki, bildiniz, başqalarını deyə bilmərəm” cavabını verib.

Daha sonra o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair rus və ingilis dilində verilən sualları cavablandırıb.

E.Məmmədyarov bildirib ki, erməni hərbçilərin Azərbaycanın ərazilərində nə işi var?

"Niyə hesab edirsiniz ki, bu ərazilər sizindir, bu ərazilər  Ermənistana məxsusdur?" sualına isə nazir "Bunu kim deyib? Siz hansı əraziləri nəzərdə tutursunuz, işğal etdiyiniz bütün əraziləri?", cavabını verib.

Məmmədyarov sual ünvanlayan erməni jurnalistə “ən əsası əsəbləşməyin, siz çox emosional olursunuz və jurnalist üçün çox pisdir", deyib.

Qeyd edək ki, dünən E.Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında iştirak edib. Bu gün isə o, Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

Söhbətlə ətraflı burda tanış olmaq mümkündür:

P.Sultanova

Paylaş:
984

Son xəbərlər

Bütün xəbərlər