Kapital Bank Vaşinqton Sammitində iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank Vaşinqton Sammitində iştirak edib

12:00 - 05 / 04 / 2019
Kapital Bank Vaşinqton Sammitində iştirak edib

1-3 aprel 2019-cu il tarixində ABŞ Konqresində bank komitələrinin liderləri, eləcə də ABŞ-ın ən nüfuzlu bank nəzarətçilərinin iştirakı ilə Vaşinqtonda Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib.

Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edib.

Vaşinqtonda ABŞ bank rəhbərlərinin ən böyük illik toplantısı olan bu sammit, iştirakçılara ABŞ-ın bank sektoruna nəzarət edən bir sıra ekspertlərin fikirlərini və töhfələrini eşitmək fürsəti yaradıb. Bundan başqa, bankirlər mövcud bankçılıq siyasəti və çətinlikləri ilə bağlı öz baxışlarını bölüşmək imkanı əldə ediblər.

“Bu ilki sammit çərçivəsində “Qarşılıqlı İctimai Bank”, “Formalaşan liderlər” və “Qadın liderliyi” adlı forumlar keçirilib. Tədbirdə, bankirlərə müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün bank siyasətində dəyişikliklərlə bağlı tövsiyələr edilib. Bu məsələləri həll etmək üçün siyasətçi və dövlət qurumları ilə birgə əməkdaşlıq etməyin vacibliyi vurğulanıb. Həmçinin sammit daxilində ABŞ Konqres və Senatanıda bankirləri maraqlandıran və narahat edən məsələləri müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirilib”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
471

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər