Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisinə 14 milyon manat ayırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisinə 14 milyon manat ayırılıb

16:00 - 08 / 04 / 2019
Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisinə 14 milyon manat ayırılıb

Prezident İlham Əliyev aprelin 8-də “Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,0 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
850

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər