Azərbaycan işğaldakı ərazilərdə qeyri-qanuni fəaliyyət barədə məlumatları Cenevrədə təqdim edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan işğaldakı ərazilərdə qeyri-qanuni fəaliyyət barədə məlumatları Cenevrədə təqdim edəcək

16:17 - 08 / 04 / 2019
Azərbaycan işğaldakı ərazilərdə qeyri-qanuni fəaliyyət barədə məlumatları Cenevrədə təqdim edəcək

Aprelin 9-da Cenevrədə BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının BMT və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliyi və BMT-nin Sülh Universitetinin birgə təşkilatçılığı ilə "Münaqişə zonalarında qeyri-qanuni fəaliyyətlərin insan hüquqlarına təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

1news.az Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir ki, konfransda açılış nitqi ilə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edəcək.

Xatırladaq ki, bu ilin martında Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda konfrans keçirilib. Həmçinin, “Azərkosmos”un təqdim etdiyi materiallar əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri sübut edən hesabat təqdim olunub.

P.S.

 

 

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər