Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul edib – FOTO

11:55 - 12 / 04 / 2019
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.

S.Xankişiyeva

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər