Suraxanıda yol tikintisinə 3 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Suraxanıda yol tikintisinə 3 milyon manat ayrılıb

16:42 - 15 / 04 / 2019
Suraxanıda yol tikintisinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər