Problemli kreditləri olan vətəndaşların nəzərinə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Problemli kreditləri olan vətəndaşların nəzərinə

09:15 - 15 / 04 / 2019
Problemli kreditləri olan vətəndaşların nəzərinə

Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.

1news.az-ın verdiyi xəbərə görə, daha öncə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildiyi kimi, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
1204

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər