Bu yanacaq markaları gömrük rüsumundan azad edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

10:58 - 15 / 04 / 2019
Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

1news.az-ın verdiyi xəbərə görə,dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin gömrük rüsumundan azad edilib. Hazırda bu markalara 15%-lik gömrük rüsumu tətbiq edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Nazirlər Kabineti həmçinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin 1 tonu üçün aksiz dərəcəsi 1 manat müəyyənləşib.

Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

S.Xankişiyeva

Paylaş:
533

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər