Masallıda 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,8 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Masallıda 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,8 milyon manat ayrılıb

17:06 - 16 / 04 / 2019
Masallıda 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev aprelin 16-da “Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən,  otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər