Xorvatiyanın XİN rəhbəri Bakıya gəlir | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiyanın XİN rəhbəri Bakıya gəlir

13:13 - 18 / 04 / 2019
Xorvatiyanın XİN rəhbəri Bakıya gəlir

Xorvatiya Respublikasının baş nazirinin müavini və xarici və Avropa əlaqələri naziri Mariya Peyçinoviç Buriç aprelin 28-də  Bakıya rəsmi səfər edəcək.

Bu barədə 1news.az-a Xorvatiyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində xanım nazirin və Azərbaycanın iqtisadiyyat nazirinin iştirakı ilə aprelin 29-da Xorvatiya-Azərbaycan biznes forumu keçiriləcək.

Həmin gün Bakıda Xorvatiya səfirliyinin açılış mərasimi olacaq. 

P.Sultanova

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər