Bakıda gənc qız burun əməliyyatından sonra öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc qız burun əməliyyatından sonra öldü

13:41 - 22 / 04 / 2019
Bakıda gənc qız burun əməliyyatından sonra öldü

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra ölüb.

Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində üç dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.

1news.az

Paylaş:
1283

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər