Heydər Əliyev Fondunun nümayəndələri üzünü it parçalayan uşağa baş çəkiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun nümayəndələri üzünü it parçalayan uşağa baş çəkiblər

16:00 - 22 / 04 / 2019
Heydər Əliyev Fondunun nümayəndələri üzünü it parçalayan uşağa baş çəkiblər

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri bu gün 1 saylı Klinik Xəstəxanada olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər.

RİİB-dən 1news.az-a verilən məlumata görə, xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.

Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Səhiyyə Nazirliyindən verilən açıqlamada Hüseyn Məmişovun hazırkı vəziyyətinin stabil olduğu vurğulanıb. 

"Onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir. Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır", deyə nazirlikdən bildirilib.

1news.az

Paylaş:
557

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər