Bu gündən dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.
Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat Maliyyə Nazirliyinə (MN) və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təqdim etdiyi siyahıya uyğun olaraq, aprelin 19-dan MN müvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və "Azərpoçt" MMC-nin AMB-dəki hesablarına köçürülməsinə başlayıb.
Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə MN kredit təşkilatlarına vəsaitləri mərhələli şəkildə, MBNP ilə razılaşdırılmaqla köçürəcək.
Report
Problemli kreditləri olan vətəndaşların nəzərinə
S.Xankişiyeva