İlham Əliyev Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib

16:56 - 23 / 04 / 2019
İlham Əliyev Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Saziş 2019-cu il martın 27-də Paris şəhərində imzalanıb.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

S.Xankişiyeva

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər