İlham Əliyev Lüksemburqun böyük hersoquna başsağlığı verib
Prezident İlham Əliyev Lüksemburqun böyük hersoqu əlahəzrət Anriyə başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Əlahəzrət,
Atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
S.Xankişiyeva
473