AZAL və “Buta Airways”in reysləri dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.
29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):
30 may (yerli vaxt göstərilmişdir):
Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar. Reysləri ləğv edilən və dəyişdirilən sərnişinlərin istəyi halında onlara alternativ aviareyslər təklif olunacaq.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna müraciət edəsiniz. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.
1news.az