Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirləri açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirləri açıqlayıb

16:21 - 29 / 04 / 2019
Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirləri açıqlayıb

Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 140 milyard 450 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə 1news.az-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 243 milyon dollar vəsait daxil olub.

O cümlədən bu ilin 3 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 91 milyon dollar təşkil edib.

1news.az

Paylaş:
584

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər