Bakıda Xorvatiya səfirliyi açıldı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Xorvatiya səfirliyi açıldı - FOTO

19:41 - 29 / 04 / 2019
Bakıda Xorvatiya səfirliyi açıldı - FOTO

Bu gün Bakıda Xorvatiya səfirliyinin rəsmi açılış mərasimi olub.

1news.az xəbər verir ki, tədbirdə Xorvatiya baş nazirinin müavini, Xarici və Avropa işlər naziri xanım Mariya Peyçinoviç-Buriç və Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov iştirak edib.

Əvvəlcə səfirliyin açılışını bildirən qırmızı lent kəsilib. Qonaqlar səfirliklə tanış olublar.

Daha sonra çıxış edən Xorvatiyanın Bakıdakı müvəqqəti işlər vəkili Branko Zebiç deyib ki, bu,  iki ölkə üçün tarixi andır. Səfirliyin açılışı ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcək. Xalqlararası əlaqələrin inkişafı üçün mədəni, təhsil əlaqələri vacibdir. Səfirlik artıq Azırbaycan vətəndaşlarına viza verilməsinə başlayıb.

Sonra çıxış edən baş nazirinin müavini, Xarici və Avropa işlər naziri xanım Mariya Peyçinoviç-Buriç Bakıya ilk rəsmi səfər etdiyini deyib.

O bildirib ki, səfirliyin açılması vacib hadisədir və bu, iki ölkə və xalqlar arasında əlaqələri gücləndirəcək. Xanım nazir deyib ki, Bakıda keçirilən biznes forumda iştirak edib.

İqtisadi əməkdaşlığın inkiçafı üçün bu forum vacib əhəmiyyət daşıyır.  Xotvatiya Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir. 

Vergilər naziri Mikayıl Cabbarov deyib ki, iki ölkə arasındakı əməkdaşlıq məmnunluq doğurur. İndiyə kimi iki ölkə arasında 22 sənəd imzalanıb.

İqtisadi əməkdaşlıq üzrə komissiyanın fəaliyyəti iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verir. Nazir Xorvatiya səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb, səfirliyin fəaliyyətinə uğurlar arzu edib.

1news.az

Paylaş:
924

Son xəbərlər

Bütün xəbərlər