Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini medalla təltif edib

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir: “Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Qasımov Balakişi Ələkbər oğlu
Talıbov Elman Eldar oğlu.
S.Xankişiyeva
624