Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

14:23 - 01 / 05 / 2019
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

İstanbulda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər