Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırıldı

09:39 - 01 / 05 / 2019
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırıldı

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb.

Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.

Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir.

Ş.Mustafayevin sözlərinə görə, bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.

S.Xankişiyeva

 

Paylaş:
376

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər