İlham Əliyev Uruqvayın xarici işlər nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Uruqvayın xarici işlər nazirini qəbul edib

11:14 - 01 / 05 / 2019
İlham Əliyev Uruqvayın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoanı qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoanın Azərbaycanda görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdiriləcəyinə əmin olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını dedi. O, Azərbaycan ilə Uruqvay arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət dövriyyəsinin artırılmasının da zəruri olduğunu vurğuladı. Uruqvaylı nazir ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olaraq qaldığını diqqətə çatdırdı. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə etdi.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirdildi.

S.Xankişiyeva

 

Paylaş:
595

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər