Prezident İlham Əliyev Sevda Ələkbərzadəyə mənzil bağışlayıb

Prezident İlham Əliyev əməkdar artist Sevda Ələkbərzadəyə mənzil bağışlayıb.
1news.az-a bu barədə Sevda Ələkbərzadə özü məlumat verib.
"Cənab Prezident İlham Əliyevə hədiyyə üçün dərin təşəkkürümü bildirirəm. Diqqəti və etibarı, mənim yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirdiyi üçün dövlət başçısına minnətdaram.
Sevincimi dilə gətirmək üçün söz tapa bilmirəm. Bu, mənim 30 illik yaradıcılıq fəaliyyətinə verilən ən qiymətli hədiyyədir. Çox sağ olun, cənab Prezident", - deyə, Ələkbərzadə söyləyib.
1news.az
610