Bakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək

14:47 - 03 / 05 / 2019
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

1news.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Belə ki, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar sabah şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, saat 09-05-də yola düşən 6014 nömrəli, saat 09-50-də yola düşən 6016 nömrəli, saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

S.Xankişiyeva

 

Paylaş:
493

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər