İlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrini qəbul edib - YENİLƏNİB

12:30 - 03 / 05 / 2019
İlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini dedi. Prezident İlham Əliyev Braziliya nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfərindən məmnunluğunu bildirərək iqtisadi, sərmayə qoyuluşu, turizm, mədəniyyət, kənd təsərrüfatı, aviasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Rodriqo Maya, öz növbəsində, qeyd etdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayır və parlamentlərarası əlaqələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir. Qonaq ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu dedi.

Söhbət zamanı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın önəmi qeyd olundu.

1news.az

Paylaş:
499

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər