Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb – FOTO

12:13 - 03 / 05 / 2019
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb – FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərini işıqlandırmaq məqsədilə mayın 3-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan  jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.

S.Xankişiyeva

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər