Həsən Ruhani İlham Əliyevə məktub göndərib | 1news.az | Xəbərlər
Siyasət

Həsən Ruhani İlham Əliyevə məktub göndərib

16:22 - 06 / 05 / 2019
Həsən Ruhani İlham Əliyevə məktub göndərib

İran islam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə müqəddəs Ramazan ayının başlanması münasibətilə məktub göndərib.

1news.az-a İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məktubda deyilir:

“İlahi rəhmət və ziyafət ayı hesab edilən müqəddəs Ramazan ayının gəlişi münasibətilə Zati-alinizi, eləcə də Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ramazan ayının gəlişi ilə təravətli İlahi bəndəlik küləyi yenə əsdi və Allahın xeyir-bərəkəti çoxaldı. Ramazan ayı can azadlığı, eşq və irfan, əhd-peymanın yenilənməsi ayıdır. Bu ayda müsəlmanların öz məbudunun qarşısında qəlblərini Tanrıya verərək, İlahi ziyafətdən bəhrələnmələri və orucluq vasitəsilə itaət və ibadətlərinin mahiyyətini əldə etmələri üçün fürsət yaranmışdır.

Ümid edirik ki, başdan-başa rəhmət və mehribanlıq ayı olan Ramazanda müqəddəs Qurani-Kərim ayələrindən bəhrələnərək, bəndəlik, Allaha yaxınlıq və İslam qardaşlığı yolunda addım ataraq bu, bərəkətli nemət sayəsində bütün dünyada sülh və əmin-amanlığın yaranmasına töhvə verəcəyik.

Sonda bu mənəviyyatlı Ramazan ayında Allah Təaladan Zati-alinizin dua və ibadətlərinin qəbul olunmasını və Azərbaycan Respublikasının xalqına isə başucalığı və səadət arzulayıram”.

P.Sultanova

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər