Norveçin Bakıdakı səfirliyi fəaliyyətini bu TARİXDƏ dayandırır

Norveçin Azərbaycandakı səfirliyi mayın 16-da öz işini başa vuracaq.
1news.az bu barədə səfirliyə istinadla xəbər verir.
“Təəssüflə bildiririk ki, Norveç səfirliyində ictimaiyyət üçün sonuncu iş günü 16 may tarixində bitir. Azərbaycan üçün məsuliyyəti 20 may 2019-cu il tarixindən Norveçin Ankaradakı səfirliyi daşıyacaq”, deyə açıqlamada bildirilir.
Səfirliyin bağlanması barədə qərarı Norveçin Xarici İşlər Nazirliyi 2018-ci ilin noyabrında qəbul edib. Norveç gələn ildən Tibilisdə diplomatik nümayəndəliyini açmağı planlaşdırır.
P.Sultanova
903