Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib

11:26 - 07 / 05 / 2019
Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib

Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bu haqda 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib

Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

S.Xankişiyeva

Paylaş:
419

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər