Xəzərdə gəmidə partlayış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə gəmidə partlayış olub

00:06 - 09 / 05 / 2019
Xəzərdə gəmidə partlayış olub

Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

Partlayış nəticəsində 10-dan çox yaralı var. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

***

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar.  Bütün məlumatları, o cümlədən işçilərin xəsarət alıb-almaması ilə bağlı informasiyanı həmin şirkətdən ala bilərsiniz".

***

Qeyd edək ki, vəziyyəti ağır olanlardan ikisi azərbaycanlı, biri malayziyalıdır. 

“Qafqazinfo”

Paylaş:
698

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər