Azərbaycanın hava limanları ilk dörd ay ərzində təxminən 1,5 milyon sərnişinə xidmət göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın hava limanları ilk dörd ay ərzində təxminən 1,5 milyon sərnişinə xidmət göstərib

16:36 - 15 / 05 / 2019
Azərbaycanın hava limanları ilk dörd ay ərzində təxminən 1,5 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, beynəlxalq reyslərlə ümumilikdə 1,06 milyon sərnişin daşınmışdır. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşımışdır. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur.

Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz faiz təşkil etmişdir.    

Ümumilikdə, Azərbaycanın beynəlxalq hava limanları 2019-cu ilin ilk dörd ayı ərzində 1,45 milyon sərnişinə xidmət göstərmişdir. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.

Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən - Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin “flyNas”, “Kuwait Airways” və Türkiyənin loukosteri “Pegasus”un uçuşlarının bərpa edilməsi planlaşdırılır.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilmişdir.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər