Zurab Sereteli “Dostluq” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Zurab Sereteli “Dostluq” ordeni ilə təltif edilib

16:35 - 20 / 05 / 2019
Zurab Sereteli “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Z.K.Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilsin.

S.Xankişiyeva

 

 

Paylaş:
1160

Son xəbərlər

Bütün xəbərlər