Kapital Bank-ın əməkdaşları mühüm saziş imzalayıb – FOTO
Kapital Bank-ın 2 əməkdaşı Azərbaycanda ilk dəfə nüfuzlu təşkilatl olaraq komplayens sahəsində əməkdaşlıq sazişi imzalayıb. Bu, həm də MDB ölkələri və Qafqaz regionunda komplayens sahəsində keçirilən təlimləri əks etdirən ilk sazişdir.
Kapital Bank-ın Hüquq və Komplayens departamentinin əməkdaşları Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən təsis edilən “Vendra” şirkəti ilə nüfuzlu ACAMS (Association of Certified Anti-Money Laundering Specialists) təşkilatı artıq regionda tərəfdaş olaraq fəaliyyət göstərəcəklər.
Məlumat üçün bildirək ki, ACAMS cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində mütəxəssislərin bilik, bacarıq və təcrübələrini artırmağa həsr olunan beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri arasında dünyanın qabaqcıl maliyyə qurumları, nəzarət orqanları, hüquq-mühafizə orqanları və sənaye sektorunun nümayəndələri var.
ACAMS əsasən bir neçə istiqamət üzrə fəaliyyət göstərir: pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində beynəlxalq standartların təkmilləşdirilməsi, özəl və dövlət qurumlarının müvafiq sahələrində çalışan əməkdaşların müvafiq sahədə təcrübələrinin artırılması və beynəlxalq səviyyəli mütəxəssis kimi biliklərə sahib olması, ÇPY/TMM sahəsində dünyada yaxşı təcrübələr üzrə məlumat mübadiləsinin aparılması və şəbəkə yaradılması və s.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Reklam hüququnda